Dərc edilib: 20:53, 9 İyun, 2017 | 0 dəfə baxılıb

Türkiyədə təhsil: hansı universitetləri seçməli?

Ekspertlər vəqif universitetlər arasında İstanbul Aydın Universitetini tövsiyyə edirlər

Qloballaşma proseslərinin fəal iştirakçısı olan ölkəmizin dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi üçün yeni mütəxəssislərə daim ehtiyacı olub. Azərbaycanın dünyaya inteqrasiyasından sonra bu ehtiyac xeyli artıb. Gənclərin ölkəmiz üçün lazımi ixtisaslar üzrə xaricdə təhsil alması prosesi bu gün cəmiyyətimizin ən mühüm amilinə çevrilib. Bu səbəbdən ölkəmiz xarici ölkələrlə təhsil əlaqələrini genişləndirməyə başladı.

Azərbaycan Prezidenti bunu göz önündə tutaraq 2006-cı ilin oktyabrında “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq Prezident “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı vahid sistem yaratdı. Bununla da istedadlı gənclərimiz üçün dövlət hesabına xaricdə təhsil almaq imkanı yarandı.

Dövlət proqramından kənarda da çox sayda azərbaycanlı gənc xaricdə təhsil üçün müxtəlif ölkələrin universitetlərinə üz tutmağa davam edirlər. Azərbaycanlı gənclərin təhsil üçün ən çox müraciət etdiyi ölkələr arasında Türkiyə ilk pillədə qərarlaşır desək, yanılmarıq. Hazırda qardaş ölkənin dövlət və vəqf universitetlərində 10 minə qədər gəncimiz təhsil alır.
Türkiyədə təhsil almağa üstünlük verən gənclərimiz bu ölkədə hansı universitetləri seçməlidir, nələrə diqqət etməlidir?

Bu suallara bir sıra tanınmış şəxsdən cavab istədik.

Kamran Əsədov(təhsil eksperti): Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra dünyanın bir çox ölkələri ilə təhsil sahəsində də əməkdaşlıq etmək imkanları yarandı. Ötən müddətdə təhsil sahəsində ildənilə genişlənən əməkdaşlıq növlərindən biri də əsası ümummilli lider böyük maarifpərvər Heydər Əliyev tərəfindən qoyulmuş tələbə mübadiləsidir. Xaricdə təhsil müasir beynəlxalq təcrübədə kifayət qədər zəngin ənənələrə malikdir. Sevindirici haldır ki, bu sahə həmióə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycanda xaricdə təhsil və onun ənənələrinin tarixinə varmadan qeyd edə bilərik ki, son 26 illik müstəqillik dövründə bu sahədə mühüm addımlar atılmışdır. Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının yüksək ixtisaslı kadrlara olan təlabatı və dünyanın aparıcı ali məktəblərində azərbaycanlı gənclərin təhsil almaları üçün şəraitin yaradılması amili bu sahədə Ümummilli Lider Heydər Əliyevin siyasətinin davamı olaraq Dövlət Proqramının yaradılmasının zəruriliyini ortaya qoydu. Azərbaycan xalqının ilahi sərvəti olan “qara qızılın insan kapitalına çevrilməsi” siyasəti ortaya qoyulmaqla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ıcrasına həyata keçirildi. Və bu proqram çərçs 3500 dən çox gənc nüfuzlu universitetlərdə oxumağa göndərildi.

Dövlət proqramı ilə yanaşı şəxsi vəsaitləri hesabına xaricdə yüksək təhsil almaq istəyən azərbaycanlı gənclər də var. Onların ilk olaraq seçim etdiyi ölkələr sırasında qardaş Türkiyə birinci yerdə dayanır. Məhz buna görə də hal-hazırda 15 minə qədər azərbaycanlı gənc qardaş Türkiyənin ali təhsil müəssiələrində təhsillərini davam etdirirlər.
Azərbaycanlı gənclərin Türkiyədə seçdikləri universitetlər arasında İstanbul Aydın Universiteti xüsusi yer tutur. Abituriyentlərimizi bu universitetə seçim etmələrinə cəlb edən əsas amil İstanbul Aydın Universitetinin digər universitetlərdən fərqləndirən əsas cəhəti çox saylı mübadilə proqramlarının olmasıdır. Bununla da tələbələr Avropa və Amerikanın prestijli universitetlərindədə təhsil almaq şansı əldə edirlər. Tək Erasmus proqramı ilə ildə böyük sayda tələbə xaricdə qısa müddətlik proqramlarda iştirak edirlər. Həmçinin, Türkiyənin ən böyük texno mərkəzi də məhz İstanbul Aydın Universitetində yerləşməsi mühəndislik ixtisasında təhsil almaq istəyənlərə bu universiteti ən ideal seçim yeri edir. Məhz bu doğru seçimini edən 300-ə qədər azərbaycanlı gənc İstanbul Aydın Universitetində təhsilin müxtəlif pillələrində oxuyur”.

Elşən Musayev(Millət vəkili): Düşünürəm ki, gənclərimizin xaricdə təhsil alaraq Azərbaycan üçün layiqli kadr kimi yetişməsi çox mühüm məsələdir. Uzun illər Cənab Prezidentimizin fərmanı ilə dövlətimiz tərəfindən gənclərimizin xaricdə təhsil proqramı reallaşdırılıb. Gənclərimizin xaricdə təhsil alması həm də aktiv və mobil diasporumuzun formalaşması deməkdir. Qardaş ölkə Türkiyə azərbaycanlı gənclərin təhsil üçün ən çox müraciət etdiyi ölkələrdəndir. Həqiqətən də, Türkiyə təhsil sahəsində böyük uğurlara imza atıb. Məsələn, mən elə bu il İstanbul Aydın Universitetini ziyarət etmişdim. Universitetin maddi texniki bazası, kadr potensialı, burada tələbələrin özlərini ifadə etməsi üçün yaradılan böyük imkanlar həqiqətən təqdirəlayiqdir. Bu universitetdə 300 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır. Biz onların biz neçəsi ilə söhbət etdik. Hər biri universitetdəki təhsilin səviyyəsindən və yaradılan imkanlardan razılıq etdilər.

Fəxrəddin Həsənzadə(Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri): “Düşünürəm ki, gənclərimiz xaricdə təhsillə bağlı addım atarkən ehtiyatlı olmalı, seçdiyi universitetin həmin ölkədəki nüfuzuna, maddi texniki bazasına, kadr potensialına və beynəlxalq tanınırlığı kimi məqamlara diqqət yetirməlidir. Bu sonradan onların diplomlarının ölkəmizdə tanınması məsələsində də öz təsirini göstərəcəkdir. Qardaş ölkə Türkiyə son illər xarici vətəndaşların təhsil üçün ən çox müraciət etdiyi ölkələrdən birini çevrilib. Burada çoxlu sayda azərbaycanlı gənclər də təhsil alır. Türkiyənin İstanbul, Marmara, İstanbul Teknik, Boğaziçi və bir sıra digər dövlət universitetlərin dünya universitetləri sırasında mühüm yer tuturlar.
Amma eyni zamanda Türkiyənin bir sıra vəqf universitetləri də yüksək təhsil şərtlərinə görə fərqlənir. Misal üçün Koç, Sabancı, İstanbul Aydın, İstanbul Bilgi kimi universitetləri göstərə bilərəm.

İstanbul Aydın Universitetində şəxsən olmuşam və oradakı yüksək təhsil mühiti məni çox qane edib. Universitetin çox güclü maddi texniki bazası var. Böyük kampüsü və yaradılan imkanlar müxtəlif sahələrdən olan gənclərə özlərini ifadə edə bilmələri üçün geniş imkanlar açır. Görünür elə bu səbəbdəndir ki, universitetdə 300 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.

Araz Bayramov: (Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman):“Xaricdə təhsil almaq, yüksək ixtisaslı kadr kimi yetişərək ölkənə xidmət etmək dövrümüzün ən zəruri tələblərindəndir. Bu anlamda bir çox gənclərimiz təhsil üçün xarici universitetləri seçirlər. Onların arasında qardaş ölkə Türkiyə daha çox önə çıxır. Türkiyənin İstanbul Universiteti Cərrahpaşa tibb fakultəsi dünyada tibb təhsili verən universitetlər arasında layiqli yerlərdən birini tutur. Türkiyədə özəl universitetlərdə tibb təhsili sahəsində ciddi fəaliyyət göstərir və xarici tələbə cəb etməyə çalışırlar. Mən bir sıra belə universitetlərdə olmuşam və deyə bilərəm ki, bu təhsil ocaqlarında müasir səhiyyənin tələblərinə cavab verən təhsil və maddi-texniki baza yaradılıb. Koç, Acıbadem, Yeditepe universitetlərinin və yeni yaranmasına baxmayaraq İstanbul Aydın Universitetinin Tibb fakültələri müasir tələbələrə uyğun qurulub və fəaliyyət göstərir.

İsgəndər Ağayev(təhsil eksperti): Türkiyə son illər azərbaycanlı gənclərin təhsil üçün ən çox müraciət etdiyi ölkələrdəndir. Bu ölkə xaricdə təhsil anlamında böyük nailiyyətlər əldə edib. Hazırda Türkiyədə 80 min nəfərə yaxın xarici tələbə təhsil alır. Azərbaycanlı gənclərin bir qismi Türkiyədə daha çox dövlət universitetlərində təhsil almağa üstünlük verirlər. Düşünürəm ki, bu da dövlət universitetlərində təhsil haqqının daha aşağı olması ilə bağlıdır. Ancaq, Türkiyənin Koç, Sabancı, İstanbul Aydın, İstanbul Bilgi, Bahçeşehir kimi vəqif universitetləri özlərinin yüksək təhsili ilə diqqət çəkirlər. Son zamanlar gənclərimizin ən çox seçdiyi vəqif universitet kimi İstanbul Aydın Universiteti daha çox önə çıxır. Mən bu universitetdə olmuşam və oranın maddi texniki bazası, təhsil sistemi ilə yaxından maraqlanmışam. Gördüklərim onu deməyə əsas verir ki, gənclər bu universiteti seçməklə doğru addım atırlar.