Dərc edilib: 11:09, 7 İyun, 2017 | 0 dəfə baxılıb

Rusiyanın “Kultura” kanalı Firəngiz Əlizadəyə veriliş həsr edib VİDEO

İyunun 8-də Rusiyanın “Kultura” telekanalında yayımlanacaq “Eniqma” verilişi dünya şöhrətli bəstəkarımız, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvi, professor, “Şöhrət” və “Şərəf” ordenli, UNESCO-nun “Sülh naminə artist”i Firəngiz Əlizadənin yaradıcılığına həsr olunub.

Bəstəkarlar İttifaqından bildirilib ki, anonslarından da göründüyü kimi, verilişdə müasir akademik klassik musiqidən, onun parlaq nümayəndələrindən bəhs olunur. Verilişin müəllifi və aparıcısı “Muzıkalnıy Olimp” Fondunun prezidenti İrina Nikitinadır.

Verilişin anonsuna bu linkdən baxmaq olar:

http://tvkultura.ru/video/show/brand_id/60307/episode_id/1507748/video_id/1634933/

Diaspora.az