ƏSAS SƏHİFƏ
AZƏRBAYCAN

DÖVLƏT QURULUŞU ::
ƏRAZİ ::
COĞRAFİYA ::
ƏHALİ ::
DÖVLƏT DİLİ ::
DİN ::
MƏDƏNİYYƏT ::
TƏHSİL ::
İQTİSADİYYAT ::
TURİZM VƏ İDMAN ::
ERMƏNİ TƏCAVÜZÜ ::

KOMİTƏ

HAQQINDA ::
ƏSASNAMƏ ::
SƏDR ::
ƏLAQƏ ::

DİASPORAMIZ

MUHACİRƏT TARİXİ ::
XARİCDƏKİ TƏŞKİLATLAR::

..:: AXTARIŞ ::..
Axtardığınız söz:

..:: XƏBƏR ARXİVİ ::..

GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ MARNEULİ RAYONUNDA OLUB
[26.12.2008 18:21]

AzərTAc xəbər verir ki, Gürcüstan parlamentinin sədri David Bakradze Kvemo Kartli – Borçalı bölgəsinin Marneuli rayonunda olmuşdur. Spiker rayonun azərbaycanlılar yaşayan Alget kəndində əhali ilə görüşmüş, onların problemləri ilə maraqlanmışdır. D.Bakradze Alget-Marneuli avtobus marşrutunun açıldığını, gələn il kəndin içməli su və təbii qazla təminatı məsələsinin həll ediləcəyini bildirmişdir. Parlamentin sədri, həmçinin bu kənddən keçməklə, Marneuli şəhərini Tbilisi-Qırmızı körpü mərkəzi magistralı ilə birləşdirəcək yolun qalan 12 kilometrlik sahəsinin tikintisinin (5 kilometr artıq çəkilmişdir) də gələn il başa çatdırılacağını demişdir. Sonra parlamentin sədri gürcü-osetin silahlı qarşıdurması nəticəsində doğma yurdlarından didərgin düşmüş rayonun Şaumyan qəsəbəsində məskunlaşmış əhali ilə görüşmüş, onlara təbii qaz verilməsi mərasimində iştirak etmiş, sakinlərə yeni il hədiyyələri vermişdir. Spikeri səfərdə bölgənin qubernatoru David Kirkitadze, parlamentin komitə sədri Zurab Melikişvili, rayon rəhbərləri müşayiət etmişlər.