ƏSAS SƏHİFƏ
AZƏRBAYCAN

DÖVLƏT QURULUŞU ::
ƏRAZİ ::
COĞRAFİYA ::
ƏHALİ ::
DÖVLƏT DİLİ ::
DİN ::
MƏDƏNİYYƏT ::
TƏHSİL ::
İQTİSADİYYAT ::
TURİZM VƏ İDMAN ::
ERMƏNİ TƏCAVÜZÜ ::

KOMİTƏ

HAQQINDA ::
ƏSASNAMƏ ::
SƏDR ::
ƏLAQƏ ::

DİASPORAMIZ

MUHACİRƏT TARİXİ ::
XARİCDƏKİ TƏŞKİLATLAR::

..:: AXTARIŞ ::..
Axtardığınız söz:

..:: XƏBƏR ARXİVİ ::..

GÜRCÜSTANDA XOCALI SOYQIRIMI QURBANLARININ XATIRƏSI YAD EDİLMİŞDİR
[26.02.2007 17:10]

Fevralın 24-də Gürcüstanın Marneuli şəhərində yerli vaxtla saat 13:00-da Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Təbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşlarıi, dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Gürcüstan və Azərbaycan KİV-nin təmsilçiləri və ziyalılar iştirak etmişlər.

Mədəniyyət Mərkəzinin yerləşdiyi binada Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev fondunun göndərdiyi kitablar, fotoalbomlar, o cümlədən erməni vəhşiliklərini əks etdirən Azərbaycan, inglis, rus və alman dillərində nəşr edilmiş materiallar görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirdə çıxış edənlər - Aşağı Kartli qubernatorunun müavini Azər Suleymanov, Gürcüstan parlamentinin üzvü Allahverdi Hümbətov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov, "Qeyrət" təşkilatının rəhbəri Əlibala Əskərov, Mədəniyyət Mərkəzinin şöbə müdürü Vaqif Mustafayev, professor Mahmud Hacıxəlilov, şair Osman Əhmədoğlu və başqaları ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vəhşiliklərdən söhbət açaraq, Xocalı soyqırımına dünya ictimayəti tərəfindən hələ də lazımınca qiymət verilmədiyini vurğulamışlar.

Mərasimdə Marneuli rayonu Baydar orta məktəbinin şagirdlərinin Xocalı faciəsi ilı bağlı hazırladıqları ədəbi-bədii kompozisiya iştirakçılara təqdim olunmuşdur. Tədbirin sonunda Xocalı soyqırımı ilə əlaqədar filmə tamaşa etdilmişdir.