Dərc edilib: 12:17, 21 Aprel, 2017 | 0 dəfə baxılıb

NASA-da işləyən yeganə azərbaycanlı ermənilərə qarşı kampaniyaya başlayıb -FOTO

NASA-da işləyən yeganə  azərbaycanlı Teymur Sadıxov ermənilərə qarşı kampaniyaya başlayıb.Bu barədə Teymur Sadıxov öz Facebook hesabında yazıb.Diaspora.az həmin yazını sizlərə təqdim edir.

“Azərbaycanlı və Türkiyəli dostlar: Facebook dayanmadan mənim timelineda erməni milliyətçisi tərəfindən maliyyələşdirilmiş “The Promise” adlı filmi reklam edir. Bu film “erməni soyqırımı” haqqında erməni nağılları üzərində qurulub. Mən artıq yazdım, siz də girib Imdb, rotten tomatoes və s. səhifələrdə mənfi rəy buraxın. Normalda bu cür işlərə çox qarışmaq istəmirəm, amma bu çox pis propaqandadır. Dünyanın onsuz da heç nədən xəbəri yoxdur belə propaqandalı kinolar həm Türkiyəyü həm də hər birimizə ziyandır, hər kəsdə Türk mənşəli ölkələr haqqında mənfi rəy yarada bilər. Başqa bir məsələ isə bunu erməni milliyətçisi maliyyəleşdirib, niyə bizdə və ya Türkiyədə ya dövlət ya özəl şəxslər bu tipli propaqandalara qarşı bir film maliyyələşdirə bilmir, maraqlıdır.”

Bizdə Diaspora.az saytının kollektivi olaraq , bu tipli çağırışlarda həmvətənlərimizin aktiv olmasına səslənirik.

Nail Əhməd