Dərc edilib: 07:52, 1 İyun, 2017 | 0 dəfə baxılıb

Kərim Kərimov: Barselonada inteqrasiya etməyimiz üçün bəzən İspan dilidə yetərli olmur

İspaniyada diaspora fəaliyyəti ilə məşğul olan həmerlimiz, Barselonada Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov İspaniyada yaşayan az‪ə‬rbaycanlı g‪ə‬ncl‪ə‬rin ‪‬ aktual problemi haqqında  fikirlərini Diaspora.az ilə bölüşüb.

Salam Kərim bəy .Sizin fikrinizcə İspaniyada yaşayan az‪ə‬rbaycanlı g‪ə‬ncl‪ə‬rin ‪‬ aktual problemi n‪ə‬dir ?

Əvv‪əla ‬qeyd etm‪ək istəyərdim ki, ‬Madrid, Barselona, Valensiya, Mursiya ş‪əhərlərində İspaniyanın digər əraziləri ilə müqayisədə daha çox azərbaycanlılar o cümlədən azərbaycanlı gənclər yaşayır. Fikrimcə İspaniyada yaşayan azərbaycanlı gənclərin sayı digər avropa ölkələri ilə müqayisədə sayca azlıq təşkil etsə də, burada yaşayan azərbaycanlı gənclər müxtəlif sferalarda fəaliyyət göstərir və eyni zamanda Azərbaycanı layiqincə təmsil edirlər. Deməzdim ki gənclərimiz burada hər hansı əsas və aktual olan problemlə qarşılaşır. Yalnız bir nüansı qeyd etmək istəyərdim ki, Azərbaycan təhsil sistemində daha çox önəm verilən xarici dillər ingilis və rus dilləri olduğundan bəzən ispan dilini bu sadaladığım dillər kimi yüksək səviyyədə bilən gənclərimiz azlıq təşkil edir. Bu isə yerli cəmiyyətə inteqrasiya zamanı çətinliklə özünü biruzə verir. Və siz əgər İspaniyanın Kataloniya əyalətində yaşayırsınızsa bu zaman sizə hətta ispan dilini də bilmək tam kömək etmiyəcək, çünki lokal insanlarla ünsiyyətdə olmağınız üçün katalan dili də eyni dərəcədə önəmli olacaq. ‬
‪İspaniyada yaşayan azərbaycanlı gənclərin böyük əksəriyyəti ilə daimi əlaqədə olan biri kimi rahatlıqla qeyd edə bilərəm ki, hər biri intellektual, dünyagörüşü cəhətdən müsbət mənada çox fərqlənirlər və mübaliğəyə yol vermədən hər biri Azərbaycanın fəxr ediləsi gəncləridir. ‬ ‪Diqqətinizə və maraqlı müsahibəyə görə Diaspora.az komandasına çox sağ ol deyib növbəti fəaliyyətlərinizdə uğur arzulayıram.‬

Nail Əhməd