Dərc edilib: 09:51, 20 Aprel, 2017 | 0 dəfə baxılıb

İzmirdəki diaspor rəhbəri: Biz burda öz gücümüzə,yardım almadan ayaqda durmağa çalışırıq

Diaspora.az -ın “Vətənimiz Azərbaycan”  rubrikasının   bu dəfə ki  qonağı Türkiyə Cümhurriyyətində  diaspora fəaliyyəti ilə məşğul olan həmyerlimiz  Cəvahir Əhmədovadır.

Salam Cəvahir xanım, zəhmət olmasa özünüzü oxucularımıza təqdim edərdiniz  və təşkilatınız haqqında məlumat verərdiniz.

-Mən Cəvahir Əhmədova 1967-ci ildə Qubadlı rayonunun Efəndilər kəndində doğulmuşam. 1984-cü ildə , o vaxtı “Lelin” adına indi N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Fizika Riyaziyyat fakültəsini bitirmişəm. 2005-ci ildən İzmir şəhərindəyəm. 2013-cü ildə “Azərbaycan Kadınları Kültür Mərkəzi” təşkilatı qurulub ve mən həmin təşkilatın qurucusu və hal-hazırda rəhbəriyəm.Təşkilatımız Türkiyədə olan Azərbaycan dərnəklər federasiyasının, Azerbaycan diasporunun üzvüdür. Dərnəyimiz qurulan gündən gözəl tədbirlər, gözəl gecələr, gözəl seminar və konfranslarımız olmuşdur .Dərnəyimiz mədəniyyət dərnəyidir. Azərbaycan ədəbiyyatı, tarixi, yeməkləri, musiqisi, adət-ənənələri bir sözlə, Azərbaycana aid nə varsa burda onları yasadırıq və burdakı insanlara təbliğ edirik. Azərbaycanımızı burda yaşadıb və tanıdırıq. Bir məqamı qeyd edim. 2014-cü ildən indiyənə qədər heç bir Azərbaycan dərnəklerinin etmediyi bir layihəni həyata keçirdik. Türkiyənin Mədəniyyət Nazirliyinin  dəstəyi ile “Novruz Türkün Bayramıdır” adı altında İzmirdə gözəl bir gece keçirdik. Novruz haqqında adət ənənələri  burdakı insanlara anlatdıq və Novruzu tanıtdıq. Dərnəyimiz İzmirdə yerləşən bütün dövlətlərin dərnəkləri ilə sıx əlaqədədir və onların teşkil etdiyi bütün gecələrdə, seminarlarda, tədbirlərdə iştirak edirik. Bizim dərnəkdə fəaliyyət göstərən xanımlar  öz ciblerinin pulu ilə, öz evlərindən, mətbəxlərindən, övladlarının boqazlarından kəsib bu dərnəyin ayaqda qalması üçün hər şey edirler.

Cəvahir xanım  sizin fikrinizcə Türkiyədəki Azərbaycan diasporunun ən əsas, aktual problemləri nedir?

Sizə bir şey deyim,məsələn mən Xocalı soyqırımını rəsmlərlə anlatmaq istedim. Böyük Şehir bələdiyyəsi ilə görüşdüm, onlardan yerdə aldım. Azərbaycan diasporundan isteyimiz o olduki, Xocalıya aid rəsmlər, kitablar, filmlər bizə göndərsinlər amma biz bu dəstəyi diasporadan görmədik. Yəni biz burda öz gücümüzə , nə diasporadan, ne dövlətimizdən yardım almadan ayaqda durmağa çalışırıq. Bildiyimiz kimi diasporanın amacı, məqsədi xaricdə yaşayan Azerbaycan cəmiyyətlerini bir araya gətirmək, o cəmiyyətlər arasında dostluq körpüsü qurmaq  , o cəmiyyətlər arasında mehribançılıq yaratmaq , o cəmiyyətlər arasındakı problemləri  aradan qaldırmaqdı.Diaspora bu işdə çox zeifdir.Və birdə biz istediyimiz kimi diaspora bizim arxamızda durmur , bizim fəaliyyətimizə qiymət vermir , yəni diaspora bizə istədiyimiz qədər dəstək vermir. Maddi dəstək bir yana, mənəvi cəhətdəndə arxamızda durmur.

Sonda oxucularımıza və İzmirdə olan diaspora üzvlərinə nə sözünüz var?

 

Nail  bəy sizə və Diaspora.az saytının kollektivinə Azərbaycan Kadınları Kültür Mərkəzi adından dərin təşəkkürümüzü bildiririk  və işlərinizdə uğurlar arzu edirik. Saytın oxucularını da diaspora işində fəal olmağa çağırıram. Hər birimizin gördüyü iş damla olsa da sonunda  ümmana çevriləcək.