Dərc edilib: 23:58, 23 Mart, 2017 | 0 dəfə baxılıb

Hollandiyada yaşayan Azərbaycanlı Elcan Rzayevin Belarusiyadaki uğuru

Dünən Belarusiya Respublikasının paytaxtı Minsk şəhərində Niderlandın tanınmış Azərbaycan əsilli müğənnisi Elcan Rzayevin Novruz bayramıyla əlagədər solo konserti olub. Elcan Rzayevin Diaspora.az xəbər saytına müsahibəsində verdiyi məlumata görə tədbir Belarusiya Azərbaycan Konqresin rəhbəri Natiq Bağırov tərəfindən təşkil olunmuşdur. Çox saylı qonaqların arasında Azərbaycan Respublikasının Belarusiyadaki səfiri cənab Lətif Qəndilovun başçılıq etdiyi diplomatik nümayindələri və Belarusiya Respublikası ictimaiyyətinin üzvləri də iştirak ediblər.Şənlikdə Belarusiya Azərbaycanlıların Konqresinin sədri Natiq Bağırovun qaonaqları salamlayaraq,Novruz bayramı münasibətiylə hamını təbrik edərək sözü səfir cənab Lətif Qəndilova verdi,o da öz çıxışında bildirdi ki, çox xoşdur ki azərbaycanlılar ölkədan kənar bu cür tədbirləri keçirdir və öz adət ənənələrini unutmurlar.Niderland Krallığında tanınmış müğənni Elcan Rzayev həmin gecə Azərbaycan korifeyləri olan Eldar Mansurov,Tofiq Quliyev,Ramiz Mirişli,Emin Sabitoğlu,Polad BülBül oğlu və Ələkbər Tağıyevin repertuarından mahnılar ifa edib.

Diaspora.az