Dərc edilib: 18:43, 10 İyun, 2017 | 0 dəfə baxılıb

Azərbaycanın peşəkar boksçusu Avropa kəməri uğrunda mübarizə aparacaq

İyulun 1-də Almaniyanın Hanqelsberq şəhərində peşəkar boks üzrə beynəlxalq çempionat keçiriləcək.
Turnirdə peşəkar boksçumuz Azad Əzizov da iştirak edəcək. Dördqat dünya çempionu olan həmyerlimiz macarıstanlı məşhur boksçu Laszio Tot ilə döyüşə çıxacaq. IBF – Avropa kəməri uğrunda döyüş yarışın ən vacib və sanballı qarşılaşması hesab olunur.
Xatırladaq ki, A.Əzizov mötəbər IBF – Avropa kəmərinə sahib olan ilk azərbaycanlı boksçudur. O, Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən, indiyədək Azərbaycanda və Avropanın müxtəlif ölkələrində təşkil etdiyi çoxsaylı idman tədbirləri ilə tanınan “Odlar Yurdu” Boks İdman Klubunu təmsil edir.

Diaspora.az