Dərc edilib: 19:25, 25 Aprel, 2017 | 0 dəfə baxılıb

Əhməd Şahidov Makedoniya Xarici İşlər Nazirliyində görüş keçirib

Aprelin 24-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Skopye (Üsküp) şəhərində Makedoniya Respublikasının Xarici İşlər Nazirliyində olub. Makedoniya XİN-in Çoxtərəfli Əməkdaşlıq Departamentinin rəhbəri, Səfir İqor Cundev ilə görüşən ADİHİ rəhbəri Əhməd Şahidov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib, habelə Azərbaycan-Makedoniya münasibətlərinin daha da güclənməsi istiqamətində görüləcək işlər haqqında danışıb.

Əhməd Şahidovu Makedoniyada salamlamaqdan məmnunluğunu ifadə edən XİN rəsmisi Makedoniyanın multi etnik ölkə olduğunu və multikulturalizmin Azərbaycan və Makedoniyanın ortaq dəyərlərinə çevrildiyini diqqətə çatdırıb. Daha sonra Azərbaycan-Makedoniya münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.